Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-20 12:05:09
Doktorantura və dissertantura imtahanları yekunlaşıb

2023-cü il 16-19 iyun tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən dil bilikləri üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) tələblərinə uyğun olaraq doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının, habelə əcnəbi vətandaşların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının danışıq bloku üzrə imtahanı keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan ingilis, alman, fransız, əcnəbi vətəndaşlar üçün isə Azərbaycan dili üzrə şifahi formada – kompüter proqramı vasitəsilə həyata keçirilib. Danışıq bloku üzrə imtahanda iştirak etməli olan 2279 nəfərdən 2218-i imtahana gəlib.

 

Qeyd edək ki, imtahan 3 hissədən ibarətdir. Tapşırıqlar üzrə düşünmək və suallara cavab vermək üçün ümumilikdə 20 dəqiqə vaxt ayrılır. İştirakçılar birinci mərhələdə 3 bal, ikinci mərhələdə 5 bal, üçüncü mərhələdə isə 2 bal olmaqla, ümumilikdə 10 bal toplaya bilərlər.

 

Xarici dil üzrə ümumi imtahan nəticələrinin iki həftə ərzində elan olunması nəzərdə tutulur.

 

Eyni zamanda, Danışıq bloku üzrə minimum 2 bal toplamayan şəxslər ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, doktoranturaya qəbul imtahanı verənlər növbəti – fəlsəfə imtahanına buraxılmır, fəlsəfə doktoru imtahanı verənlər isə müvafiq şəhadətnamə ilə təmin olunmurlar.