Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-20 09:01:18
8 yaşlı uşağı avtomobil vurub

Cəlilabad şəhərinin Ü.Hacıbəyov küçəsində azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AzEdu.az-ın məlumatına görə, yolu keçən 2015-ci il təvəllüdlü Ərəbli Ramazan Vuqar oğlunu avtomobil vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və bədənin çoxsaylı əzikləri diaqnozları qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.