Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-19 17:23:51
Sertifikasiyadan 100 bal toplayan müəllim uğurun SİRRİNİ AÇDI - MÜSAHİBƏ  


2022-ci ildə keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə ilkin mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən regional təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb olunublar. Onlardan 1 nəfər- Abşeron-Xızı təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən Masazır kənd 4 saylı tam orta məktəbin ibtidai sinif müəllimi  Əfsanə Hüseynova maksimum bal toplayıb.

 

 Aucune description disponible.

 

Uğurun sirləri barədə AzEdu.az-a danışan Ə.Hüseynova duyğu və düşüncələrini bizimlə paylaşdı. Hörmətli müəllimimiz, eyni zamanda həmkarlarına dəyərli tövsiyələr də verdi.

 

 

-Maksimal bal toplamısınız. İmtahan prosesində keçirdiyiniz hisləri oxucularımızla paylaşardınız...

 Aucune description disponible.


-2022-ci il müəllimlərin sertifikatlaşdırılması imtahanında iştirak etdim. Komputerin arxasına keçib düyməni basandan sonra həyəcanımı yendim. Suallar eynilə bizim ibtida təhsil səviyyəsinə uyğun idi. Çox şükür ki, maksimum nəticəni əldə etdim.

 

 

-“Könüllü müsahib” verilişinə də qatılmışdınız, deyəsən...

 


-Bəli, növbəti olaraq müsahibə mərhələsinə buraxıldıq. “Könüllü müsahib” verilişinə qatıldım. Onlardan dəstək aldıq və müsahibəni uğurla başa vuraraq, buradan 40 toplamaqla maksimum balı əldə etdim.

 

 

-Sizin üçün qazandığınız uğurun ən unudulmaz anı hansı idi?

 


-İnsan Resursları Mərkəzinin yığıncağında hörmətli nazirimizin sertifikatları bizə təqdim etdiyi an keçirdiyim qürur hissini bir ömür boyu unutmayacağam.

 Aucune description disponible.

 

-Sertifikasiyanın əhəmiyyətini necə izah edərdiniz?

 


-Sertrifikatlaşdırma bir təhsil hadisəsidir. Böyük bir prosesdir. Bütün həmkarlarıma uğurlar arzulayıram. Sadəcə özlərinə inansınlar. Onu da deyim ki, sertifikasiya sualları müəllimlərin şagirdləri üçün verdiyi sual və tapşırıqlardır. İllərlə üzərində çalışdıqları mövzulardır.

 

 Aucune description disponible.

 

-Buradan imtahan verəcək həmkarlarınıza nələri tövsiyə edərdiniz?

 


-Həyəcana qalib gəlsinlər. Mümkün qədər tələsməsinlər və sualları diqqətlə axıra kimi oxusunlar. Onu da deyim ki, mən eyni zamanda təlimçi kimi də fəaliyyət göstərirəm. İmtahanda uğur qazanmayan müdavimlərlə işləyirik. Onların bir çoxu ilə söhbət zamanı məlum oldu ki, tələskənlik ucbatından sualda tələb olunan fikri aydın başa düşməyiblər və nəticə olaraq da yanlış cavablandırıblar. Ona görə də sualları çox diqqətlə oxusunlar, texniki səhvlərə yol verməməyə çalışsınlar.

 Aucune description disponible.