Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-19 16:19:44
Yeni günərzi mərkəzlərə 600-dən çox uşaq cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan layihələr əsasında ötən ay fəaliyyətə başlayan günərzi qayğı mərkəzlərinə 630 uşaq cəlb olunub.

 

Nazirlikdən AzEdu.az-a verilən xəbərə görə, qeyd olunan layihələr uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi daşıyır.

 

21 şəhər və rayonda (Ağsu, Ağdaş, Bərdə, Cəlilabad, Gəncə, Xaçmaz, İmişli, Qax, Qazax, Qobustan, Qəbələ, Quba, Lənkəran, Masallı, Oğuz, Samux, Sabirabad, Şabran, Şəmkir, Şirvan, Ucar şəhər və rayonları) qurulan günərzi mərkəzlərdə 3-12 yaş arası və həssas qruplara aid olan uşaqların sosial reabilitasiyası işləri aparılır.

 

Bu mərkəzlərdə uşaqlar korreksiya, abilitasiya və reabilitasiya xidmətlərinin təşkili istiqamətində yarımstasionar formada sosial xidmətlərlə təmin edilir. Onlara sosial psixoloji, nevroloji, pedaqoji və digər xidmətlərlə yanaşı, ailələrinə hüquqi məsləhət xidmətləri də göstərilir.