Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-19 14:05:51
Xarici diplomatlar Şuşaya səfər edib

“Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı - 2023” adlı beynəlxalq təlimin iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər.

 

ADA Universitetindən AzEdu.az-a verilən xəbərə görə, səfər zamanı xarici iştirakçılar işğaldan azad edilmiş ərazilərdə 30 ilə yaxın işğal dövrünün dağıdıcı nəticələri və Azərbaycanın zəngin mədəni-tarixi irsinə vurulmuş ziyanla tanış olublar. Gövhərağa məscidini və güllələnmiş heykəlləri ziyarət edən qonaqlar daha sonra Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində açılan “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar.

 

Xurşidbanu Natəvanın evi və Qala divarlarını ziyarət edən əcnəbi diplomatlara Şuşa şəhərinin tarixi, regiondakı ictimai-siyasi əhəmiyyəti və qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, tarix boyu alınmazlıq simvolu olan qala işğal dövründə dağıntılara məruz qalıb və Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.