Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-19 12:35:04
"Məzunlarımız haradadır?" layihəsi çərçivəsində görüş...

Bakı Mühəndislik Universitetində (BMU) “Məzunlarımız haradadır?” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, BMU tələbələrinin yaratdığı “Society of Chemical Engineers” tərəfindən təşkil olunan tədbirin məqsədi məzunlarla tələbələr arasında körpü yaratmaq və öz ixtisası üzrə uğurlu karyera yolunda irəliləyən gənclərin universitet və iş təcrübələri haqda dəyərli fikir və məsləhətlərinin paylaşılmasıdır.

 

Layihənin budəfəki qonağı, BMU Mühəndislik fakültəsinin Kimya mühəndisliyi ixtisasının məzunu, hazırda Səudiyyə Ərəbistanının Niderlandda yerləşən SABİC şirkətində Proses mühəndisi vəzifəsində işləyən Günel Əzizova olub.  

 

BMU məzunu  Kimya mühəndisliyi ixtisasına maraq və onu seçmə səbəbləri, təhsil mərhələləri, təcrübə proqramlarında iştirakın tələbələrin gələcək inkişafında faydaları, peşəkar təcrübə, mühəndis həyatı haqda ətraflı məlumat verib.

 

Görüş tələbələrin suallarının cavablandırılması ilə başa çatıb.