Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-18 14:08:28
Lisey və gimnaziyalara qəbul imtahanları keçirilib

İyunun 18-də bir sıra lisey və gimnaziyaların 5-ci siniflərinə mərkəzləşdirilmiş qaydada qəbul imtahanları keçirilib. 

 

 

 

Elm və Təhsil Nazirliyindən AzEzu.az-a bildirilib ki, imtahanlar Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, Gəncə, Mingəçevir, Şəki, Şirvan, Ağdaş, Ağstafa, Lənkəran, Biləsuvar, Şəmkir, Quba, Şamaxı, Qobustan, Oğuz üzrə ümumilikdə 43 mərkəzdə təşkil edilib. 

 

 

 

Qeyd edək ki, şagirdlər iyunun 23-dən sy.edu.az platformasına daxil olmaqla şəxsi kabinetlərindən nəticələrini əldə edə bilərlər. Müvafiq keçid balı toplanıldığı təqdirdə lisey və ya gimnaziya seçimi etmək mümkündür.