Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-08 15:35:00
Lütfi Zadə olimpiadasının nəticələri nə zaman açıqlanacaq? - Rəsmi CAVAB

Məlum olduğu kimi, 30 aprel 2023-cü il tarixində respublikanın bütün şəhər və rayonlarında Lütfi Zadə adına məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin ilkin mərhələsi keçirilib.

 

Bildirilmişdi ki, şagirdlər 8 may 2023-cü il tarixindən etibarən https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinə daxil olmaqla nəticələrini əldə edə biləcəklər.

 

Bəs olimpiadanın cavabları nə vaxt açıqlanacaq?

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, şagirdlərin nəticələr şəxsi kabinetə göndəriləcək.

 

Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadası ümumtəhsil müəssisələrinin V sinif şagirdləri, Məktəblilərarası fənn müsabiqələri isə VI, VII sinif şagirdləri üçün təşkil olunur.