Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-12 11:43:31
Respublika fənn müsabiqələrinə qeydiyyat başlayıb

Respublika fənn müsabiqələrində iştirak üçün elektron qeydiyyat prosesi başlayıb. Fənn müsabiqələrində iştirak etmək istəyən şagirdlər https://portal.edu.az/  platformasında qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.

 

Nazirlikdən AzEdu.az-a bildirilib ki,qeydiyyat prosesi 21 aprel 2023-cü il tarixinədək davam edəcək. 

 


Qeyd edək ki, müsabiqə 
30 aprel 2023-cü il tarixində ümumi təhsil müəssisələrinin VI-VII sinif şagirdləri arasında keçiriləcək. Fənn müsabiqələrində VI sinif şagirdləri riyaziyyat və informatika, VII sinif şagirdləri isə fizika, kimya və biologiya fənləri üzrə iştirak edə bilərlər. 

  

Qeydiyyatla bağlı yaranan hər hansı çətinliklə bağlı problemin ətraflı təsvirini yazmaqla +994 50 791 46 31 nömrəsinə “WhatsApp” üzərindən müraciət etmək mümkündür.