Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-17 12:42:00
Mövqelərimiz atəşə tutulur

İyunun 17-si saat 10:45-dən etibarən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələri Ermənistan silahlı qüvvələrinin üzbəüz mövqelərdə yerləşən bölmələri tərəfindən müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutulur.

 

Bu barədə AzEdu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

 

Azərbaycan Ordusu tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülür.

 

Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.