Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-17 09:25:00
3 yeniyetmə çayda boğulub ölüb: fakt araşdırılır

Neftçalada çayda boğularaq ölən yeniyetmələrin üzərində zorakılıq izləri aşkar olunmayıb.

 

AzEdu.az xəbər verir ki, Beşdəli kənd sakinləri 2005-ci il təvəllüdlü Əhmədov Elşən Elşad oğlu, 2007-ci il təvəllüdlü Əhmədov Siyasət Elşad oğlu və 2007-ci il təvəllüdlü Məlikov Teymur Seymur oğlu Kür çayının Neftçala rayon Cəngən kənd ərazisindən keçən hissəsində çimərkən ehtiyatsızlıqdan boğularaq ölüblər.

 

Ölmüş şəxslərin bədənləri üzərində hər hansı bir zoraki izlər və xəsarətlər aşkar edilməyib.

 

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.