Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-16 16:31:47
AzTu-da tədbir: “İnsan Hüquqları Aylığı” 

Azərbaycan Texniki Universitetində (AzTU) “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə çıxış edən AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev bildirib ki, Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncama əsasən, 18 iyun tarixi Azərbaycanda İnsan Hüquqları Günü kimi təsis edilib. Bu əlamətdar tarix artıq 15 ildən çoxdur ki, ölkəmizdə geniş qeyd edilir. İnsan Hüquqları Gününün təsis olunması dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin göstəricisidir.

 

Daha sonra Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın “İnsan Hüquqları Aylığı” ilə bağlı müraciəti tələbələrin diqqətinə çatdırılıb. Qeyd olunub ki, AzTU-da mütəmadi olaraq insan hüquqlarına və Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunan müxtəlif maarifləndirmə tədbirləri keçirilir.

 

Tədbir çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb.