Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-16 12:35:04
Lisey və gimnaziyalara qəbul imtahanı KEÇİRİLDİ

Bu gün şagird qəbulu mərkəzləşdirilmiş üsulla aparılan bir sıra lisey və gimnaziyaların VI və VII siniflərinə qəbul imtahanları keçirilib.

 

Bu barədə AzEdu.az-a Təhsil İnstitutundan xəbər verilib.

 

İmtahanlar Bakı və Sumqayıt şəhərləri ilə yanaşı bir sıra bölgələrdə, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərləri və Ağdaş, Ağstafa, Lənkəran, Biləsuvar, Şəmkir, Quba, Şamaxı, Qobustan, Oğuz rayonlarında, ümumilikdə 35 mərkəzdə təşkil edilib.

 

Şagirdlər 21 iyun tarixindən etibarən sy.edu.az platforması üzərindən şəxsi kabinetlərindən nəticələrini əldə edə və müvafiq keçid balını toplayacaqları təqdirdə lisey/gimnaziya seçimi edə bilərlər.