Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-16 12:08:05
Deputat “Son zəng”də məzunların kriminal mahnılara oynamasından DANIŞDI

"Çox təəssüf ki, "Son zəng" zamanı biz məzunların kriminal mahnılara qulaq asdığının, belə mahnıların səsləndiyinin şahidi olduq". 

 

AzEdu.az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında deputat Naqif Həmzəyev bildirib. 

 

“Elm və Təhsil Nazirliyi tərəfindən bu məsələyə niyə diqqət yetirilmir? Bizim məktəblilərdə kriminal sahəyə marağın qarşısı niyə alınmır? Aiddiyatı qurumlar məsələni bir-birinin üzərinə atırlar. Tez bir zamanda bu məsələ həllini tapmalıdır ki, daha böyük problemlərə şərait yaratmasın”.

 

Milli Məclisin sədri Sahibə Qafarova deputata cavab olaraq bildirib ki, bununla bağlı faktlar varsa, toplayıb Nazirliyə təhvil verilməlidir.