Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-04 14:47:22
Mayın 6-da 1-ci sinfə qeydiyyatla bağlı suallar cavablandırılacaq

6 may saat 16:00-da 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyatla bağlı məsələlər müzakirə olunacaq, valideynləri maraqlandıran suallar canlı yayımda cavablandırılacaq.

 

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, valideynlər birinci sinfə elektron qeydiyyatla bağlı yaranan suallarınızı paylaşımın şərh bölməsində yaza bilərlər.

 

Mövzu ilə əlaqədar suallar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilalanlarla iş sektorunun məsləhətçisi Sənarə İsmayılova tərəfindən cavablandırılacaq.

 

Qeyd edək ki, canlı yayımı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.