Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-15 14:43:47
“Qəbul imtahanlarını ləğv etmək lazımdır!” - Sabiq nazir

"Repetitorluğu aradan qaldırmaq üçün qəbul imtahanlarını ləğv etmək lazımdır".

 

Bu barədə AzEdu.az-a eks-təhsil eksperti Firudin Cəlilov bildirib.

 

O qeyd edib ki, imtahanlar ləğv edildikdən sonra "sular durulacaq":


"Qəbul sadələşəcək. Kim istəsə ali, kim də istəsə peşə təhsili ala biləcək. Nazir olduğum dönəmdə test sistemini gətirdim ki, ədalət bərpa olunsun. Kasıb ailələrin övladları da ali təhsil ala bilsinlər. Məqsəd bu idi. Amma 3-4 il sonra, cəmiyyəti şəffaf təhsilə alışdırdıqdan sonra qəbul imtahanlarını ləğv edəcəkdik".