Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-14 16:46:58
Eynşteynin rəğbətini qazanan alim niyə məşhur ola bilmədi? - İLGİNC SƏBƏB

20-cı əsrin riyaziyyatçısı Emmi Nöter öz dövrünün görkəmli riyaziyyatçısı olsa da, o, dünyada məşhurlaşa bilməyib. Məşhur riyaziyyatçı cəbr və fizika səhəsində fundamental kəşflər edib.


AzEdu.az
"scieneset avenir.fr"ə istinadən xəbər verir ki, onun uzun müddət Göttingen Universitetində dərs keçməsinə universitet rəhbərliyi qadın olmasını əsas gətirərək izin verməmiş, böyük riyazıyyatçı Hilbert, "hamamda deyilik, universitetdəyik" deyə etiraz edərək, öz mühazirələrində Emmi Nöteyə da çıxış etmək şəraiti yaratmışdı. Bu gün Emma Nöter ən önəmli alimlərdən sayılır və "Nöter teoremi" ilə xatırlanır.

 


Nöter teoreminə görə, hər simmetriya bir qorunma qanununun manifestidir, zamanda homogenlik enerjinin saxlanma qanunundan irəli gəlir. Təbiət qanunları dünən də, bügün də eynidir, dəyişməzdir. Əgər belə olmasa idi, məsələn həftənin tək günləri yerin cazibə qanunu cüt günlərdəkindən az olsaydı, tək günlər yüksəyə qaldırdığımız bir yükü cüt günlər endirib, artıq enerji əldə edərdik. Ancaq bu, mümkün deyil çünki enerjinin saxlanma qanunu hər zaman eynigüclüdür.

 


Hətta Albert Eynşteyn ona hörmətini ifadə edib. Emmi Nöterin riyazi fizikaya böyük töhfəsi ümumi nisbilik nəzəriyyəsində enerji məsələsini aydınlaşdırmaq idi. Bu töhfə ona digərləri arasında Albert Eynşteynin hörmətini qazandırıb. Amma o dünya şöhrətli alim kimi tanınmayıb. Bu üzdən Parisdəki "Henri-Puankare" İnstitutunda Emmi Nöter haqqında sərgi başladılıb və bu sərgi 2023-cü ilin 30 senytabrına qədər davam edəcək.