Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-14 12:52:24
Təhsilalanların sayı əhalinin 21,7 faizini keçəcək - Nazirlik rəsmisi

Növbəti ildə təhsilalanların sayı daha 46 min nəfər artaraq, 2 milyon 200 mini keçəcək.

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev BMT Dayanıqlı İnkişaf Məqsədləri dialoqları çərçivəsində “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən konfransda deyib.

 

O bildirib ki, beləlikə ümumilikdə təhsilalanların sayı əhalinin 21,7 faizini keçəcək:

 

"Hazırda təhsilalanların sayı əhalinin 21,3 faizini təşkil edir. 4 il əvvəllə müqayisədə bu göstərici 11,7 faiz artıb ki, bu da 227 min təhsilalan deməkdir. Lakin məktəbəqədər təhsil pilləsində təhsil alanların sayı o qədər də ürəkaçan deyil".