Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-14 10:13:59
Nazir Naxçıvanda məzun günündə iştirak edəcək

 

Elm və təhsil naziri Emin Əmrullayev Naxçıvana səfər çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə keçiriləcək məzun günündə iştirak edəcək.

 

AzEdu.az xəbər verir ki, səfər zamanı qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanındakı abidəsi önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.

 

Sonra qonaqlar muzeyin eksponantları ilə tanış olublar.



Səfər çərçivəsində qonaqlar Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə keçirilən məzun günündə iştirak edəcək, Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşəcəklər. Həmçinin, "STEAM Təlim-Tədris Mərkəzi"nin açılışında iştirak edəcəklər.

 

Günün ikinci yarısında Təbii Ehtiyatlar İnstutu, Bioresurslar İnstutu, "Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altındakı Muzey Kompleksi ilə tanışlıq olacaq.

 

Qeyd edək ki, 2022-2023-cü tədris ilində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini ümumi orta təhsil bazasından 4 677, tam orta təhsil bazasından isə 3 166 şagird bitirir.