Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-01 16:10:13
Dəhşətli qatar qəzasında nə qədər məktəbli olub? - Xəstəxanadan qeyri-dəqiq cavab

Bakı şəhəri,  Xəzər rayonunun Binə qəsəbəsində qatar 160 saylı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə toqquşub. Hadisə nəticəsində  xəsarət alanların sayı 26 nəfərə çatıb.

AzEdu.az xəbər verir ki,  Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, yaralılardan 22 nəfəri hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) yerləşdirilib.

Bildirilib ki, hadisə zamanı yaralanan 13 yaşlı məktəbli xəstəxanaya çatdırılarkən dünyasını dəyişib.

Xəstəxanadan AzEdu.az-a xəsarət alanlar arasında məktəblilərin çox olduğu bildirilsə də, dəqiq məlumat verilməyib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları