Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-06 12:46:12
DİM-in "bunker müəllimləri" də sertifikasiyadan keçəcək? 

Dövlət İmtahan Mərkəzində (DİM) çalışan müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı nazirlikdən məlumat verilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov danışıb.

 

O, bildirib ki, əgər bunker müəllimi Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərirsə, onda bütün müəllimlər kimi o da lazımi qaydada prosesdə iştrak edir.

 

"Həmin müəllim özəl sektorda fəaliyyət göstərən müəllimdirsə, bunun Elm və Təhsil Nazirliyinin aidiyyatı yoxdur".