Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-04 17:12:28
Məktəbin İnkişaf Planı çərçivəsində təlim

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması çərçivəsində məktəblərin pedaqoji heyətinin peşəkar inkişafı yönündə keçirilən təlimlər davam edir.

 

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitunundan məlumat verilib.

Bildirilib ki, cari ilin noyabr ayından 159, 162, 238, 242, 265 və 276 nömrəli tam orta məktəblərdə metodik dəstək xarakterli təlimlərə başlanılıb.

 

Təlimlərin məqsədi müəllimlərin gündəlik planlaşdırmanın aparılması, formativ qiymətləndirmənin keçirilməsi, düzgün əks-əlaqənin qurulması və rəyvermə bacarıqlarını təkmilləşdirməkdir.

 

Sözügedən məktəblərin müəllimləri gündəlik planlaşdırma nümunəsinin hazırlanması və formativ qiymətləndirmənin təşkili mövzuları üzrə 24 saatlıq təlim proqramında iştirak ediblər. Təlimlərə bütün fənlər üzrə müəllim və direktor müavinləri cəlb olunublar.

 

Təlimin sonuncu günündə isə iştirakçılar özləri seçdikləri bir dərsin gündəlik planlaşdırmasını hazırlayıb təqdim ediblər.

 

Qeyd edək ki, ARTİ MDPİM tərəfindən metodik dəstək göstərilən bütün məktəblərdə təlimlərin keçirilməsi və mütəmadi olaraq dərsdinləmələrin təşkili planlaşdırılır.