Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-05 12:27:17
Dərsdən yayınma halları azalıb - Nazirlik rəsmisi

Yerli idarələr vasitəsilə şagirdlərin təhsildən yayınma halları minimuma endirildi.

AzEdu.az-ın məlumatına görə, bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən görüşdə deyib.

O qeyd edib ki, bununla bağlı məktəblərdə aylıq monitorinqlər keçirilib.


“İlk dəfədir ki, bu prosses diqqətlə izlənilib. Bu halın yaranmasının səbəblərindən biri əhalinin kənd təsərrüfatıyla məşğul olması səbəbindən yaşayış yerini dəyişməsidir”,- deyə o bildirib.