Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-31 10:21:00
Ən gənc universitet məzunu - 12 yaşı var

Kaliforniyada yaşayan Clovis Hung Fuellerton Kollecini bitirən ən gənc uşaq olub.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, 12 yaşlı Hung “Bu günə qədər əldə etdiklərimlə həqiqətən qürur duyuram” deyib.

Hungun anası isə oğlunun yüksək motivasiyaya malik olduğunu bildirib.

Biologiya üzrə universitet professoru Kenneth Kollins Hung haqqında danışarkən bunları bildirib:

“Əvvəllər yaşı az olduğuna görə digər tələbələrlə necə ünsiyyət quracağı ilə bağlı bir az narahat oldum. Lakin Hung öz davranışı ilə bu narahatlığın əbəs olduğunu sübut etdi. Hung digər tələbələrin onu ciddiyə ala biləcəyi qədər kamil, eyni zamanda kiçik bir qardaş kimi şirindir”.

Hung isə qrup yoldaşları haqqında “mənimlə kiçik qardaşları kimi davrandılar. Bu vaxta qədər əldə etdiklərimlə fəxr edirəm” deyib.

Hung 16 yaşında pilot diplomu almağı planlaşdırdığını açıqlayıb.