Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-31 09:37:00
9 illik bazada kolleclərə ixtisas seçimi nə vaxt başlayacaq? - DİM-dən CAVAB 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanları artıq 1 aydan çoxdur ki, yekunlaşıb.

 

Abituriyentlərin bir çoxu kolleclərə ixtisas seçiminin nə zaman başlayacağı barədə kütləvi suallar ünvanlayırlar.

 

DİM-dən AzEdu.az-a verilən məlumata əsasən, 9 illik təhsil bazasında kolleclərə ixtisas seçimi qabiliyyət imtahanları keçirildikdən sonra başlayacaq.

 

Qeyd olunub ki, hazırda qabiliyyət imtahanına qeydiyyat aparılır.