Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-21 12:01:00
Kollecə qəbul olmaq istəyənlər əlavə xarici dildən imtahan verə bilər?  

Şagirdlər buraxılış imtahanında xarici dil fənni kimi həftə ərzində daha çox dərs saatı olan xarici dil (yəni əsas xarici dil) fənnindən imtahan verirlər.

Qaranlıq qalan məqamlardan biri də orta təhsil müəssisələrində əsas tədris dili rus dili olan abituriyentlərin kolleclərə imtahan zamanı əlavə xarici dildən imtahan vermək üçün seçim şansının olub-olmamasıdır.  

 

 

AzEdu.az sözügedən mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən bildirir ki, kollecə qəbul olmaq istəyən abituriyentlər əlavə xarici dildən imtahan verə bilər.

 

 

Məlumat üçün qeyd edək ki, ali təhsil müəssisələrinə və kolleclərə qeydiyyat mart ayında aparılır. Dəqiq tarix Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaq.