Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-26 16:21:19
Nazir Prezident təqaüdçüsü ilə görüşdü

“Bu gün İsmayıllı rayonunda keçirilən vətəndaşların qəbulu zamanı Lahıc qəsəbə tam orta məktəbinin məzunu, 2017-ci ildə keçirilən qəbul imtahanlarında 700 bal toplayaraq “Prezident təqaüdçüsü” adını qazanan Vahab Cəbrayılovla görüşdüm”.

AzEdu.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə paylaşım edən elm və təhsil naziri Emin Əmriullayev bildirib.

Nazir qeyd edib ki, Vahab bu il Türkiyənin Orta Şərq Texniki Universitetindən (ODTÜ) kompüter mühəndisliyi ixtisası üzrə məzun olub.

“Ona ABŞ-nin Kolumbiya Universitetində eyni ixtisasla əlaqədar doktorantura təhsili almaq və professor köməkçisi kimi çalışmaq təklif olunub.

Vahab kimi gənclərimizlə görüşmək məni çox qürurlandırır”, - deyə E.Əmrullayev əlavə edib.