Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-29 09:13:00
Uğur qazanmaq istəyən şagird necə qidalanmalıdır?-mütəxəssis rəyi

Məktəb yaşlı uşaqların necə qidalanması hər valideyn üçün həssas mövzudur. Necə edə bilərik ki, onlar bu zehni yükü qaldırmaq gücündə olsunlar?

AzEdu.az xəbər verir ki, xüsusilə ibtidai sinif şagirdlərinin günlük qidalanma rasiyonuna diqqət olunmalıdır. Bu mənada səhər yeməyi çox əhəmiyyətlidir.

Məktəb yaşlı uşaqlar gün ərzində 4-5 dəfə qidalanmalıdırlar. Hətta qidalanmalar arasındakı fasilə 3-4 saat olmalıdır. I növbədə oxuyan şagirdlər səhər yeməyini mütləq evdə, saat 7, 8-in yarısında yeməlidirlər. İkinci səhər yeməyi isə artıq 10-11 arası məktəbdə olmalıdır.

Həmçinin inkişafda olan uşaqlar üçün bol zülallı qidalar məsləhətdir. Yeməyin 60%-ni zülal təşkil etməlidir. Çünki əks halda şagird zehni yorğunluğa davam gətirə bilməz. Bu zülal yumurta, süd, ət məhsulları, soya bitkiləri və bəzi dənli meyvələrdə daha çoxdur.

Şagirdlər səhər yeməyində yumurta və sıyıq yeməsi daha məsləhətlidir. Təbii ki, kərə yağı əlavə olunmaqla. Yeməyin 10-15%-ni isə bitki yağı təşkil etməlidir. Uşaq kərə yağı yeməsə, onun mərkəzi sinir sistemi qurula bilməz. O, şagird üçün enerji mən bəyidir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları