Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-23 14:40:48
Elmira Axundova səfir vəzifəsindən geri ÇAĞIRILDI

Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. 

AzEdu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. 

O, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifəsindən də geri çağırılıb.


Prezident İlham Əliyevin digər sərəncamı ilə Seymur Qurban oğlu Mərdəliyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, S.Mərdəliyev bu təyinatadək Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsində çalışırdı.