Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-23 13:07:54
Sabah rayonlara yağış yağacaq

Mayın 24-də hava Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu,əsasən yağmursuz olacaq.

 

AzEdu.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30°, bəzi yerlərdə 32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18°, bəzi yerlərdə 23° isti olacaq.