Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-23 08:45:00
BDU-da yaz imtahan sessiyası bu tarixdə başlayacaq

Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib. Rektor Elçin Babayev gündəlikdə olan məsələləri təqdim edib.

AzEdu.az xəbər verir ki, BDU-nun tədris və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və Yekun Dövlət Attestasiyasının (bakalavriat və magistratura təhsil səviyyələri üzrə) keçirilməsi haqqında məlumat verib.

İclasda 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı elm və təhsil nazirinin 2023-cü il 17 may tarixli 3-29/32-285F/2023 nömrəli əmrinə əsasən nəzərdə tutulmuş müddəalar diqqətə çatdırılıb. İclasda imtahan sessiyasının və Yekun Dövlət Attestasiyasının keçirilməsi zamanı koronavirusa dair göstərişlərə riayət olunması, 2023-cü ilin iyun ayının 5-dən iyulun 5-dək imtahan sessiyasının keçirilməsi, müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2023-cü il iyul ayının 6-dan 12-dək şərait yaradılması barədə qərar qəbul olunub. Yekun Dövlət İmtahanlarının 31 may – 01 iyun, təkrar Yekun Dövlət İmtahanlarının isə 20-21 iyun tarixlərində təşkil edilməsi qərara alınıb.

Sonda cari məsələlərə baxılıb.