Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-22 17:20:00
Regionlar üzrə ən çox bal toplayanlar - Şərqi-Zəngəzur bölgəsinin 9-CULARI

Dövlət İmtahan Mərkəzi (DİM) 9, 16 və 30 aprel tarixlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.


İmtahanların nəticələri də artıq məlumdur. DİM bu imtahanlarda respublika üzrə ən yüksək nəticə göstərən abituriyentlərin adlarını açıqlayıb. 300 bal toplayan 9-culardan biri Bakı, digəri isə Naxçıvandakı məktəbin şagirdidir. 


Bəs Regional Təhsil idarələrinin əhatə etdiyi bölgələrdə ən çox bal toplamış 9-cu sinif şagirdləri kimlərdir?

 

AzEdu.az portalı bu sualın cavabını tapmaq üçün araşdırma aparır.

 

Bu araşdırma nəticəsində Regional Təhsil idarələrinin əhatə etdiyi rayonlar üzrə ən yüksək bal toplayan şagirdləri sizə təqdim edirik.

 


İlk yazıda Şərqi-Zəngəzur Regional Təhsil İdarəsinin əhatə etdiyi Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın və Cəbrayıl rayonları üzrə ən yüksək bal toplayan 9-cu sinif şagirdlərinin adlarını diqqətinizə çatdırırıq.  

 


Şərqi-Zəngəzur Regional Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, bu regionda buraxılış imtahanından ən yüksək nəticə göstərmiş 9-cu sinif şagirdi 297.5 bal toplayıb. Bu, Laçın rayon 11 nömrəli tam orta məktəbin şagirdi Məmmədova Ayiş Ələmdar qızıdır. 

 

Açıklama yok.

 

 ***

Şərqi-Zəngəzur Regional Təhsil İdarəsi üzrə buraxılış imtahanlarından ən çox bal toplayan digər 9-cu sinif şagirdini də təqdim edirik:

 

Açıklama yok.

 

Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Hacıqaramanlı Nigari Məhəmməd qızı 286 bal.

 
***

 

 Açıklama yok.

 

Cəbrayıl rayonu Akademik Mehdi Mehdizadə adına şəhər tam orta məktəbin 9-cu sinif şagirdi Mirimli Aysu Kazım qızı - 281,1 bal.

 
***

 Açıklama yok.

 

Kəlbəcər rayon 117 nomrəli tam orta məktəbin 9-cu sinif şagirdi Hacıyeva Məryəm Rəşad qızı - 275.10 bal

 ***

Açıklama yok.

 

Zəngilan rayon 20 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Camalova Mehin Vurğun qızı - 274 bal.