Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-22 15:44:24
İkin düşən 13 yaşlı qız tapıldı

Tovuzda itkin düşən 13 yaşlı qızın yeri müəyyən olunub.

 

AzEdu.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Belə ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının axtarış tədbirləri nəticəsində rayon sakini Əfsanə Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib.

 

Artıq polis əməkdaşları Ə.Tağıyeva ilə əlaqə saxlayıb, səhhətinin normal olduğu, həyatı təhlükəsinin olmadığını dəqiqləşdirib. İlkin məlumata görə Ə.Tağıyeva ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib. Tezliklə qız ailəsinə təhvil veriləcək. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Əfsanə Tağıyeva may ayının 18-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı.