Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-22 12:22:18
AzMİU tələbəsinin sərgisi açılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMiU) Memarlıq fakültəsinin tələbəsi Əvəz Cəfərovun “Qaranlıq Dünya” adlı sərgisi açılıb.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, universitetin Elektron Kitabxanasının təşkilatçılığı ilə Rəsm Qalereyasında açılan sərgidə müasir incəsənət və səltənət poeziyasının mahiyyətini birləşdirən düşündürücü əsərlər yer alıb. 

 

Gənc rəssamın "Qaranlıq dünya" sərgisi iki fərqli komponentdən ibarətdir - virtual sərgi və səliqəli fiziki vitrin. Əsərlər virtual və müntəzəm komponentlərə bölünərək dünyanın gizli aspektlərinin unikal perspektivini təqdim edir. Bu immersiv mühit  ziyarətçilərə hər bir işin təfərrüatlarını və fakturalarını qiymətləndirmək imkanı verir və onların ictimai təcrübələrini zənginləşdirir. 

 

Sərgi zalı “qaranlıq dünya” ab-havasını yaradır və gəncin sənətkarlıq üslubunu düşünməyə dəvət edir. 

 

Sərgi bədii kompozisiya  ilə davam edib. Tikinti-iqtisad fakültəsinin 3 kurs tələbəsi Elman Mahmudovun  rəssamın əsərlərinə ithafən yazdığı musiqi və şeirlər səsləndirilib . O, söz və musiqisinin özünə məxsus olduğu "Özünə Bax" mahnısını ifa edib, rəssamın “Qaranlıq dünya”sında nümayiş olunan əsərlərə həsr olunmuş şeirləri ifa edib.  Hər bir əsərə həsr olunan şeirlər mürəkkəb hekayələri və simvolizmi ilə rəssamın ruhunu dərindən görməyə imkan verib.