Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-28 15:10:00
“İndiki uşaqlara “Xoruz”, “Keçi”, “Tıq-tıq xanım” maraqsızdır, onlara planşet lazımdır” – Həkimdən maraqlı yanaşma

“Əgər əyani vasitələr, onların düşüncələrini cəlb edən uşaq tamaşaları olmasa məktəblilər telefon-planşetdən yapışacaq! Çünki məşğul olmaq, oynamaq üçün başqa heç nə yoxdur. İndiki uşaqların marağını nəzərə almaq şərtilə yeni oyunlar fikirləşmək lazımdır”

AzEdu.az  xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında  pediatr Vaqif  Qarayev deyib. O illərdir uşaqlarla işlədiyini və müqayisə imkanlarının mövcudluğunu vurğulayıb:

“İndiki uşaqlar bütün mənalarda fərqlidirlər. Onları müasir texnoloji vasitələrdən xilas etmək üçün maraqlarına uyğun şeirlər, nağıllar oxunmalıdır. Fərqli seriallar göstərilməlidir və fərqli tamaşalar izləməlidirlər. Gənc ana 20 il əvvəl "Xoruz", "Keçi" şeirini əzbərləmişdi. "Tıq-tıq xanım" nağılını oxumuşdu. İndi öz övladına bu şeirləri və nağılları oxumağa məcburdur. Çünki başqası yoxdur. Amma indiki uşaqlar üçün bu oxunanlar maraqsızdır. Onların fikrini, diqqətini cəlb eləmir. Əgər əyani vasitələr, onların düşüncələrini cəlb edən uşaq tamaşaları olmasa məktəblilər telefon-planşetdən yapışacaq! Çünki məşğul olmaq, oynamaq üçün başqa heç nə yoxdur”.

Pediatrın sözlərinə görə, indiki uşaqların marağını nəzərə almaq şərtilə yeni oyunlar fikirləşmək lazımdır:

“Uşaqla ana dilində danışmaq lazımdır! Ana dilində danışmağa başlayan uşaq başqa dildə şeirə, nağıla qulaq asacaqsa, seriala tamaşa edəcəksə, nitqində problemlər qaçılmaz olacaq! Yoxsa indiki uşaqların davranışındakı xoşa gəlməz hallarla barışmalıyıq. Günahkar telefon-planşet olsa da reallıq belədir”

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları