Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-22 09:34:13
III qrupda qızlar, II qrupda oğlanlar çoxdur - ən yaşlı və ən gənc abituriyentlər - STATİSTİKA

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 20-21-də ali məktəbələrə qəbul imtahanları keçirib.


AzEdu.az xəbər verir ki, mayın 20-də III ixtisas qrupunun, mayın 21-də isə II ixtisas qrupu və həmçinin III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də qəbul imtahanları təşkil olunub.


DİM-in saytımıza təqdim etdiyi statistikadan məlum olur ki, ali məktəblərə sənəd verən abituriyentlər arasında qızlar oğlanlardan xeyli çoxdur.

Belə ki, 20 may tarixli imtahana 22146 abituriyent ərizə verib. Onlardan 20071 nəfər Azərbaycan, 2075 nəfər isə rus bölməsinin məzunudur.

İmtahan verənlərin 5579 nəfəri oğlan, 16567 nəfəri isə qızdır. 19154 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2434 nəfər əvvəlki illərin məzunudur.

60 nəfər ali təhsil müəssisələrinin, 498 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur (subakalavr).

101 abituriyent xarici ölkə vətəndaşıdır.

Bu qrupda ən yaşlı abituriyent 1965-ci ildən (58 yaş), ən gənci isə 2008-ci ildəndir (15 yaş).


21 may tarixli imtahana isə 28344 abituriyent ərizə verib. Onlardan 25749 nəfər Azərbaycan, 2595 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 15564 nəfəri oğlan, 12780 nəfəri isə qızdır.

24356 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 3441 nəfər əvvəlki illərin məzunudur.

13 nəfər ali təhsil müəssisələrinin, 534 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur (subakalavr).

127 abituriyent xarici ölkələrin vətəndaşıdır.

Bu qrupda ən yaşlı abituriyent 1970-ci ildən (53 yaş), ən gənci isə 2008-ci ildəndir (15 yaş).