Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-21 09:59:00
Türkiyədə zəlzələ baş verib 

Türkiyənin Egey dənizində zəlzələ baş verib.

 

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Məlumata görə, saat 07:36-da Egey dənizində 4,1 bal gücündə qeydə alınıb.

 

Dəniz səthindən 7,59 kilometr dərinlikdə olan zəlzələnin episentrinin Datça mahalından 293,13 kilometr uzaqlıqda olduğu müəyyən edilib.