Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-21 09:30:00
Tərtərdə 9 yaşlı uşağı avtomobil vuraraq hər iki ayağını sındırıb

Tərtər rayonunda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AzEdu.az məlumatına ki, rayonun Qapanlı kəndində avtomobil yolu keçən azyaşlını vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki ayağının bud nahiyəsinin yerdəyişən sınıqları diaqnozu qoyulub.

 

Azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.