Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-21 09:10:00
Abşeronda 17 yaşlı gənc qızı avtomobil vurub

Abşeron rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AzEdu.az məlumat verir ki, Qobu qəsəbəsində avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Usubzadə Dərya Zəfər qızını vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.