Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-20 09:21:00
Dekan Bursa Texniki Universitetində mühazirə oxuyub

Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materialşünaslıq fakültəsinin dekanı Nizami Poladov “Erasmus+ KA1” proqramı çərçivəsində Türkiyənin Bursa Texniki Universitetinə (BTU) səfər edib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, səfər çərçivəsində Nizami Poladov BTU-nun müvafiq fakültə və kafedralarında görüşlərdə iştirak edib, laboratoriyalarla tanış olub, həmçinin metallurgiya və materiallar mühəndisliyi ixtisasında təhsil alan tələbələrə mühazirə oxuyub.

 

Nizami Poladov hazırda BTU-da “Erasmus+” çərçivəsində təhsil alan AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin bakalavr tələbəsi İlqar Qənbərov və təcrübə keçən magistratura tələbəsi Turiyyə Kərimova ilə görüşüb, onların fəaliyyəti ilə maraqlanıb.