Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-28 10:44:10
Professordan  IQ-nu artırmaq üçün həftəlik proqram – Sadə və effektli

Edinburq Universitetinin professoru Mark Lisgouz beynin fəaliyyətini artırmaq üçün sadə metod irəli sürüb.

AzEdu.az xəbər verir ki, professor beynin insandakı başqa əzələlər kimi güclənib-zəiflənmə mexanizmini önə çəkərək, maraqlı sınaq keçirib.

O, beynin fəaliyyətinin daha da güclənməsi  üçün 1 həftə davam edən proqramını açıqlayıb.
Proqrama qatılan insanların İQ-də yüzdə 40 artım olduğu aşkarlanıb.

Təhsil eksperti Etibar Əliyevin tərcüməsində həmin həftəlik proqramı təqdim edirik:

Bazar ertəsi: Axşam yeməyində yağlı balıq yeyin. İşə piyada, velosipedlə, ya da heç zaman istifadə etmədiyiniz bir nəqliyyat  vasitəsilə gedin;

Çərşənbə axşamı: Hər hansı  lüğətdən bilmədiyiniz sözləri öyrənin. Bu öyrəndiklərinizi gündəlik danışığınızda istifadə edin;

Çərşənbə: Yoqa,  meditasiya dərslərinə qoşulun. Daha əvvəl tanımadığınız biriylə danışın;

Cümə axşamı:  İşə daha əvvəl getmədiyiniz yolla gedin. Televiziyada verilən ciddi məlumat proqramlarını izləyin;

Cümə: Spirtli içki və kafein içməkdən qaçın. Alış-verişə gedərkən siyahını əzbərləməyə çalışın;

Şənbə: Dişinizi həmişə istifadə etdiyiniz əlinizlə deyil, digər əlinizlə fırçalayın. Gözünüzü bağlayaraq duş qəbul edin;

Bazar: Səhər saatlarında krossvord edin və qısa qaçışla məşğul olun.