Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-17 15:05:07
AzMİU tələbələri Türkiyənin məşhur fotoqrafı ilə görüşüblər

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İtaliya-Azərbaycan Dizayn Mərkəzinin nəzdində fəaliyyət göstərən foto kurslarının tələbələri Türkiyənin məşhur fotoqrafının ustad dərsində iştirak ediblər. Ustad dərsi Azərbaycan Fotoqrafları Birliyinin təşkilatçılığı ilə Bakı Fotoqrafiya evində keçirilib.  

 

AzEdu.az xəbər verir ki, ustad dərsində peşəkar fotoqraflar da iştirak edib.

 

Məşhur fotoqraf Sami Türkay tərəfindən təqdim edilən foto proyektlər böyük maraqla qarşılanıb.

 

Qeyd edək ki, Sami Türkay Türkiyə Foto Sənəti Federasiyası İncəsənət Qaleriyasının rəhbəri, Kapadokya Fotoqrafiya  və Kino həvəskarları dərnəyinin sədridir.