Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-15 09:05:20
Rektor Çinin ölkəmizdəki səfiri ilə görüşüb 

Mayın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə görüşüb.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, qonağı universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor Mustafa Babanlı universitetdə mövcud olan təhsil və tədris prosesi, əcnəbi təlbələr, beynəlxalq əməkdaşlıq əlaqələri və gələcək layihələrlə bağlı qonağa geniş məlumat verib.

 

ADNSU ilə Çinin ali təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin olduğunu diqqətə çatdıran rektor, professor Mustafa Babanlı Çin ilə Azərbaycanın əlaqələrinin tarixi köklərə əsaslandığını və hazırda təkcə təhsil sahəsində yox, digər istiqamətlərdə də bu əlaqələrin uğurla inkişaf etdiyini deyib. Azərbaycanı çox sevdiyini deyən xanım səfir Qo Min onun ən qabaqcıl universitetində olduğuna görə məmnun olduğunu deyib. İki ölkə arasında mövcud olan diplomatik əlaqələrin genişliyindən və uğurlu əməkdaşlıqdan söz açan səfir diqqətə çatdırıb ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetini, onun yetirmələri olan uğurlu məzunları təmsil etdiyi ölkədə də yaxşı tanıyırlar.

 

Qarşılıqlı səmimi söhbət formatında keçən görüşdə xanım səfir Qo Min ADNSU-nu öz ölkəsinin aprıcı universitetləri ilə müqaisə edib və iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. Görüş zaman səfir ADNSU-ya təhsil almaq üçün gələcək çinli tələbələrə ixtisası üzrə təhsillə yanaşı, Azərbaycan dilinin də öyrədilməsini istədiyini bildirib. Rektor, professor Mustafa Babanlı universitetdə tələbələrə peşəkar professor-müəllim heyətinin dərs verdiyini və çinli tələbələrə Azərbaycan dilinin öyrədilməsini diqqətdə saxlayacağını bildirib. Sonra səfir və rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev Muzeyi, Tarix Muzeyi, Mineralogiya Muzeyi, Azİİ Eelektron Kitab Evinə baş çəkərək universitetlə daha yaxından tanış olublar, universitetin xatirə kitabına ürək sözlərini yazıblar.