Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-15 10:57:00
Müəllimlər üçün həftəlik ULDUZ FALI

 AzEdu.az saytı xarici KİV-ə istinadən müəllimlər üçün həftəlik ulduz falını təqdim edir:

 
Qoç


Bəli, sakit oturmaq həmişə olduğu kimi sizin üçün çox çətindir. Yenə də axtarışdasınız. Bu gün sizin şagirdləriniz üçün xüsusilə çətin olacaq. Amma limiti keçməyin. Onlar daha artıq yükə hələ hazır deyillər. Tapşırıqları normadan artıq etməyin.

Buğa

Şagirdlərinizdən başqa da sizinlə maraqlanan bir çox insan var. Bu da sizinlə çiyin-çiyinə çalışan həmkarlarınızdır. Onların sizə olan marağı professionallıqdan kənara çıxa bilər. Buna sakit yanaşın. Unutmayın ki, sizdən öyrənəndə daha möhtəşəm olursunuz.

Əkizlər

Sevdiyiniz şagirdlər qarşılarına məqsəd qoyacaqlar: nəyin bahasına olursa olsun, sizi qıcıqlandırmaq. Amma siz müvazinətinizi saxlamalı və onları sevindirmək üçün səbəb verməməlisiniz. Hər şeyin adi qaydada getdiyinə özünüzü inandırın.

Xərçəng

Ən çox sevdiyiniz sinfə bir az da diqqət göstərməyiniz tələb olunacaq. Onlarla çoxdandır ki, səmimi şəraitdə olmamısınız. Çalışın köhnə münasibətləri təzələyin.

Şir

Hamı sizin haqqınızda danışır. Bu günlərin əsas mövzusunuz. Bunun səbəbini aydınlaşdırmağa çalışın. Bu, sizə hadisələrin məcrasına istiqamət verməkdə yardımçı olacaq.

Qız 

Sevdiyiniz şagirdləriniz haqqında həmkarlarınızın fikirlərini dinləməyə dəyər. Müsbət və ya mənfi, istənilən halda sizinkindən daha obyektiv ola bilər.

Tərəzilər

Məktəb direktoru sizə bağlı çox vacib, ciddi və təəccüblü bir şey söyləyəcək ki, özünüz də onun təklifi olmadan heç vaxt bunu təxmin etməyəcəksiniz.

Əqrəb

Qarşınızda əyləşən insana çox da güvənməməlisiniz. Bəlkə də başqa heç kimə deyil, yalnız özünüzə  güvənə bilərsiniz. Bu sizin üçün daha asandır.

Oxatan

Bütün bu müddət ərzində növbəti gün, il və ay üçün aydın şəkildə gördüyünüz perspektivlər birdən qeyri-müəyyən və dumanlı olacaq. Birdən yaranan şübhələri aradan qaldırmağa çalışın, çünki onlar aktiv fəaliyyətinizə mane olacaq.

Oğlaq

Siz və şagirdləriniz həftəni uzun müddət xatırlayacaqsınız, çünki  ətrafdakılarınız üçün çox vacib və əhəmiyyətli bir şey baş verəcəkdir.

Dolça

Xəyallarınızdakı zirvəni fəth etmək üçün özünüzə yüz, hətta iki yüz faiz arxayın olmanız lazımdır. Qabiliyyətlərinizdəki ən kiçik bir şübhə - və xəyalınız qeyri-müəyyən bir gələcəyin dumanında bulanıqlaşır.

Balıq

Ulduzlar sizin tərəfinizdə olacaq, bu o deməkdir ki, şans sizə gülümsəyəcək və hər arzunuz mütləq gerçəkləşəcək.