Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-27 12:08:39
Küçələrin oxuduğu kitablar – Dünyada ilk- FOTOLAR

“Street art”la məşğul olan olan Platon, müəllif Elisavet Arkolaki və Faraxa Publişinq uşaqlar üçün ilk illüstrasiyalı küçə kitabı layihəsi üçün kampaniyaya başlayıblar.

AzEdu.az xarici mətbuata istinadən xəbər verir ki, kitab  izləyənləri  əyləncəli, maarifləndirici və bədii bir səfərə çıxarır.  Layihə küçə sənətinin universal diliylə uşaqların anlaya biləcəyi ümumi duyğuların dilə gətirilməsi məqsədi daşıyır.

Məktəbəqədər dövrdən 8 yaşına qədər olan uşaqlar üçün yaradılan küçə rəsmləri altı qitədən gələn ölkələrdə yaşayan müxtəlif tarixlərə malik uşaqları canlandırır. Divarlardakı rəsmlərin universal bir mövzu və müsbət mesajla uşaqlara şəkilli kitabdan daha təsirli ola biləcəyi düşünülür.