Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-11 11:33:52
BMU-nun dosenti Heydər Əliyevlə bağlı məruzə edib

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşı - Ümumi fənlər kafedrasının müdiri, dosent Bilal Dədəyev Abşeron Rayon Polis İdarəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə məruzə ilə çıxış edib.

 

“Heydər Əliyev ili” çərçivəsində təşkil olunan tədbirdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra görkəmli dövlət xadimi Heydər Əliyevin tariximizdəki misilsiz xidmətləri ilə bağlı dosent B.Dədəyevin məruzəsi dinlənilib. Məruzədə Ulu Öndərin mənalı, şərəfli həyatı və fəaliyyəti, o cümlədən Heydər Əliyev fenomeninin milli şüurumuzdakı yeri, zəngin dövlətçilik təcrübəsi, respublikamızın siyasi və mədəni həyatında əvəzedilməz rolu və s. məqamlar vurğulanıb.

 

Tədbirdə, həmçinin Heydər Əliyevin rəhbərliyi dövründə bütün istiqamətlərdə olduğu kimi, daxili işlər orqanları sahəsinin inkişafına verdiyi töhfələr, bu sahədə səmərəli fəaliyyətin təşkili, peşəkar kadr potensialının formalaşdırlması, gerçəkləşdirilən islahatlar, struktur dəyişiklikləri kimi istiqamətlər üzrə  çıxışlar dinlənilib, geniş fikir mübadiləsi aparılıb.