Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-08 17:13:56
Rəsədxana: Kosmik hava mayın 10-dək qeyri-sabit olacaq

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

 

Bu barədə AzEdu.az-a rəsədxanadan məlumat verilib. Bildirilib ki, Günəş aktivliyi artıb. Hazırda Günəşin səthində 5 ləkə qrupu və 99 ləkə var. Bəzi ləkələr mərkəzi meridiana yaxınlaşdığından kosmik havanın aktiv olacağı gözlənilir.

 

Mayın 4-də baş vermiş tac kütlə atılmasının təsiri ilə mayın 6-dan geomaqnit qasırğası başlayıb, G2 səviyyəsinə kimi yüksəlib və hazırda davam edir.

 

Proqnoz günlərində C sinif alışmanın baş vermə ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55 faiz, X (R3) sinif isə 15 faiz təşkil edir.

 

Növbəti günlərdə qasırğanın G3 (güclü) səviyyəsinə qədər yüksəlmək ehtimalı var. Ümumilikdə isə kosmik hava mayın 10-dək qeyri-sabit olacaq.