Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-08 16:59:06
Polşalı professor UNEC-də mühazirə keçib

Polşanın Kazimerz Vielki Universitetinin professoru Adam Jakuszevicz qonaq-mühazirəçi qismində UNEC-də olub.

 

Bu barədə AzEdu.az-a UNEC-dən məlumat verilib. Bildirilib ki, “Erasmus+” mübadilə proqramı çərçivəsində UNEC-də olan polşalı professor Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsinin müdiri Afət Ələkbərova və Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri Nərgiz Hacıyeva ilə görüşürüb. Görüşdə universitetlərimiz arasında potensial elmi əməkdaşlıq imkanları haqqında müzakirə aparılıb.

 

Mübadilə proqramı çərçivəsində Adam Jakuszevicz UNEC-in “SABAH” Mərkəzində tələbələrə “Biznes etikasında seçilmiş mövzular” haqqında mühazirə keçib, onların suallarını cavablandırıb.