Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-08 16:20:37
AzMİU kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) kollektivi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum günü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət edib. 

 

Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.