Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-08 10:10:00
Etiraza qalxan sinfi distant təhsilə keçirdilər

Rusiyanın Novosibirsk şəhərindəki 10 nömrəli gimnaziyanın 3-cü sinif şagirdləri distant təhsilə keçirilib.

AzEdu.az xəbər verir ki, buna səbəb sözügedən məktəbdə baş verən qalmaqal olub.

Belə ki, sinif rəhbəri ilə şagirdlərdən birinin anası arasında münaqişə yarandığından valideynlər uşaqlarını bir neçə həftə məktəbə aparmaqdan imtina ediblər.

Keçən həftə Novosibirskin qubernatoru vəziyyəti şəxsi nəzarətinə götürdükdən sonra valideynlərin əsas tələbləri yerinə yetirilib (onlar münaqişəli valideynin uşağının başqa sinfə köçürülməsini və gimnaziyanın direktorunun işdən çıxarılmasını istəyirdilər). 

Novosibirsk meriyası artıq gimnaziyanın direktoru ilə əmək müqaviləsinə xitam verildiyini açıqlayıb.

3-cü sinif şagirdlərinin valideynləri sinif rəhbərinə dəstək olaraq tətilə çıxmışdılar: deyilənə görə, şagirdlərdən birinin anası müəllimə sataşıb, məktəb rəhbərliyi isə buna göz yumurmuş. Valideynlər sinif yoldaşlarına qarşı aqressiv davranan uşağın özündən də şikayətlənirdilər.